<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sular sənin sirrini əbədi qoruyacaq,
 Dalğalar yenə sahilə gələrək qayıdacaq.

[C1]
   Qar kimi ağ paltarda, pak, təmiz vicdanla
   Yeni bir varlıqtək çıxdın sulardan.

[V2]
 Sular şahididir sənin bu addımının,
 Göylər şahididir sənin verdiyin andın.

[C2]
   Söz verdin sən Rəbbinə - daha bu gündən belə,
   Sən öldün günahçün, dirildin Rəbçün.

[V3]
 Sular örtdü səni, sanki ayırdı
 Keçmiş varlığından, köhnə həyatından.

[C3]
   Sən aldın bu gün artıq Rəbdən Göydəki payın,
   Toy ziyafəti üçün hazırla ağ paltarın.</lyrics>
<title>Sular sənin sirrini əbədi qoruyacaq İL535</title>
<hymn_number>535</hymn_number>
</song>